Nazirdən Xudavəng monastırı ilə bağlı açıqlama

15:25 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

 

Hafta.az xəbər verir ki, bunu jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında mədəniyyət naziri Anar Kərimov deyib. 

 

Nazir qeyd edib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirilib. Bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymətin verilməsinə çalışacağıq".

Oxunma sayı 313
Gündəm rubrikasından digər xəbərlər