“Neftçi” “Keşlə”nin futbolçusunu transfer edib

23:46 20.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

Hafta.az klubun saytına istinadən məlumat verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

Oxunma sayı 2358