Xüsusi karantin rejimini pozan 20 ictimai iaşə obyekti cəzalandırılıb

11:27 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da 31 cinayətin üstü açılıb. Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Oxunma sayı 211
Sosial rubrikasından digər xəbərlər