Türkiyədə tibbi maskalar pulsuz paylanacaq

23:24 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə tibbi maskalar pulsuz olaraq paylanacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, maskaların satılması qəti qadağandır.

Dövlət başçısı yerli hakimiyyət orqanlarının "e-devlet" portalında və PTT poçt saytında sorğu göndərən bütün vətəndaşlara pulsuz maskalar paylamağa başlandığını deyib:

"Bir dövlət olaraq bütün vətəndaşlarımıza pulsuz maskalar təqdim etməkdə qərarlıyıq".

Türkiyə lideri əlavə edib ki, 45 gündə Atatürk hava limanında və İstanbul vilayətinin Sancaktepe rayonunda iki xəstəxananın inşası tamamlanacaq.

Oxunma sayı 199
Dünya rubrikasından digər xəbərlər