Antarktika temperaturun yüksəlməsi səbəbindən yaşıllaşmağa başlayıb

22:33 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Alimlər Antarktika yarımadasında yeni ekosistem yarandığını elan ediblər.

Əriyən qarın səthində orqanizmlərin digər növləri üçün potensial qida mənbəyi olan yosunlar əmələ gəlib.

Tədqiqat aparan Britaniya komandası hesab edir ki, bu “güllər” öz çeşidlərini genişləndirəcək. Bunun səbəbi qlobal istiləşmənin onların inkişafı üçün lazım olan şəraiti yaratmasıdır. Həyatın birhüceyrəli formaları bəzi bölgələrdə bir-birinə olduqca sıx “yerləşib”. Onlar ağ qarı hətta kosmosdan görülə bilən açıq-yaşıla çevirib.

“Bu, potensial olaraq yeni yaşayış yerlərinin yaranmasına və ekosistemin başlanğıcına gətirib çıxara bilər”, – tədqiqata rəhbərlik edən alimlərdən Mett Deyvi deyib.

Tədqiqatda 1,9 kvadrat kilometr sahəni əhatə edən qar yosunlarının 1 679 fərqli növü təsvir olunub.

Oxunma sayı 298