“Çin və Azərbaycan epidemiya əleyhinə beynəlxalq əməkdaşlıqda fəal rol oynayır” – Çin səfiri

20:25 21.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin hökuməti koronavirusla mübarizəyə dəstək məqsədilə Azərbaycana ikinci yardım dəsti göndərib.

Hafta.az yazır ki, təhvil-təslim mərasimində Çinin ölkəmizdəki səfiri xanım Quo Min və Azərbaycan tərəfindən Səhiyyə Nazirinin müavini Viktor Qasımov, digər rəsmi şəxslər iştirak edib. Tədbirdə səfir xanım Quo Min ürək sözlərini Azərbaycan nümayəndələri ilə paylaşıb.

Səfir deyib ki, baharın gəldiyi, təbiətin çiçəkləndiyi və canlandığı bir vaxtda, onlar Azərbaycanın Səhiyyə Nazirliyində, Çin hökümətinin epidemiya əleyhinə yardım layihəsi çərçivəsində göndərdiyi antiepidemik vasitələrin ikinci və üçüncü dəstlərinin təhvil-təslim mərasimində iştirak edirlər.

“İlin əvvəlindən bəri, qəfil gələn COVİD-19 epidemiyası bütün dünyada yayılıb və 200-dən çox ölkə və bölgəyə fəlakət gətirib. İndiyədək epidemiyaya yoluxmuş şəxslərin ümumi sayı 5 milyona yaxındır, ölənlərin sayı isə 300 mindən çoxdur. Bu epidemiya hər kəsin həyatını dəyişdirdi, hər bir ölkənin idarəetmə sistemini və qabiliyyətini sınadı. Epidemiya ilə mübarizədə Çin Azərbaycanla birgə ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəkləyib və əməkdaşlıq edib, bir-birilərini müdafiə edib çətin vaxtlarda köməkləşərək, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr veriblər. İkitərəfli səviyyədə, hər iki ölkənin hökumətləri və xalqları yan-yana mübarizə aparır, ölkə rəhbərləri bir-birilərinə rəğbət məktubları göndərir, epidemiyanın qarşısının alınması və nəzarətində təcrübə mübadiləsi aparır, qarşılıqlı maddi yardımlar edərək, bu kimi bir çox vasitələrlə bir-birlərinə dəyərli dəstək və yardım göstərirlər. Bu, Çin və Azərbaycanın yüksək siyasi qarşılıqlı etimadını, dərin ənənəvi dostluğunu və ortaq inkişaf fəlsəfəsini ortaya qoyur. Beynəlxalq arenada, Çin və Azərbaycan çoxtərəflilik prinsipə riayət edir, epidemiya əleyhinə beynəlxalq əməkdaşlıqda fəal rol oynayır, regional güclərin vəzifə və məsuliyyətlərini nümayiş etdirir” deyən xanım Quo Min əlavə edib ki, ölkəsi üçün ən çətin vaxtda Azərbaycan hökuməti və müxtəlif dövlətlərdən olan dostlar Çinə müxtəlif formalarda güclü dəstək veriblər.

Səfir bildirib ki, Çin höküməti bu yaxşılığa cavab olaraq, bir-birinin ardınca Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini verib. Bura 5 min ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600 min birdəfəlik tibbi maska, 50 min tibbi KN95 maskası və sair aiddir. Bundan əlavə, Şaanxi əyalətinin Xian şəhəri, Siçuan əyalətinin Mianyang şəhəri, Zhejiang əyalətinin Quzhou şəhəri, Çongqing əyalətinin Jiangjin şəhəri, eləcə də Çinin digər yerli əyalət və şəhərləri, həmçinin Huawei Azerbaijan Technology Co, Ltd şirkəti, Ma Yun ictimai rifah fondu, Alibaba ictimai rifah fondu və sair kimi müəssisələr və qeyri-hökumət təşkilatları, Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, çox sayda epidemiyanın qarşısının alınması materiallarını Bakıya göndərmək üçün fəal tədbirlər görüblər.

“Bu gün mən nazir müavini Viktor Qasımovla birgə Çin Xalq Respublikası Hökumətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi üçün gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim aktını imzalayıram. Ümid edirəm ki, bu tibbi ləvazimatlar Azərbaycana epidemiyanı ən qısa müddətdə aradan qaldırmağa kömək edə bilər! Cənab sədr Si Tszinping, yenicə yekunlaşmış 73-cü Ümumdünya Səhiyyə Assambleyasında bu cür vurğuladı: bəşər sivilizasiyasının tarixi həm də xəstəliklərə və fəlakətlərə qarşı mübarizə tarixidir. Virusun heç bir sərhədi yoxdur və xəstəliklər irqi ayırd etmir. Bu dəhşətli epidemiya qarşısında bütün ölkələrin insanları cəsarətlə irəliləyir, bir-birlərinə vaxtında və çətin zamanlarda kömək göstərir, dünya xalqlarının böyük sevgisini nümayiş etdirir və epidemiyaya qarşı mübarizə üçün böyük güc toplayırlar. Çin, həmişə bəşəriyyət üçün ortaq bir gələcəyi olan bir cəmiyyət qurma konsepsiyasına sadiq qaldı və təkcə öz xalqının təhlükəsizliyi və sağlamlığı üçün deyil, həm də qlobal ictimai sağlamlıq üçün məsuliyyət daşıyır. Birlik və əməkdaşlıq beynəlxalq ictimaiyyətin epidemiyanı aradan qaldırmaq üçün ən güclü silahıdır. Çin Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi və koordinasiyası altında beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq etməyə, COVİD-19 epidemiyasına qarşı mübarizə aparmaq üçün Çin müdrikliyi və proqramları ilə köməyə davam etməyə, dünya xalqlarının təhlükəsizliyini və sağlamlığını qorumağa səylə çalışmağa, qlobal ictimai səhiyyənin sürətli inkişafını təşviq etməyə hazırdır”, - deyib səfir Quo Min.

Xanım diplomat sonda vurğulayıb ki, bir neçə gün sonra Azərbaycan Respublika Gününü qeyd edəcək, Odur ki, fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqının bayramını səmimi qəlbdən təbrik edir, onlara xoş arzular, firavanlıq və əminamanlıq diləyir.

Oxunma sayı 372
Siyasət rubrikasından digər xəbərlər