“Monako” 30 futbolçusunu satır

15:27 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Monako” klubunun rəhbərliyi əsas komandanın heyətində ciddi ixtisarlar aparmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu” yeni mövsüm ərəfəsində 30 futbolçusunu satmaq niyyətindədir.

Bununla monakolular həm maaşların ümumi məbləğini azaldacaq, həm də transferlərdən 50 milyon avroya yaxın qazanacaq. Büdcəsinə görə Fransa Liqa1-in üçüncü komandası ardıcıl ikinci dəfə avrokuboklardan kənar qalması üzündən maliyyə çətinlikləri ilə üzləşib.

Lakin “Monako” liderlərini satmaq fikrindən uzaqdır. Aparıcı futbolçuları saxlayacaq komanda digərlərinin transferə çıxaracaq.

Qeyd edək ki, “Monako” koronavirus üzündən yarımçıq başa çatan son Fransa çempionatında 9-cu yeri tutub.

Oxunma sayı 342