"Qarabağ" Geryenin transferini açıqladı

12:35 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" sabiq futbolçusu Vild-Donald Geryeni qaytardığını bəyan edib.

Hafta.az-ın saytının məlumatına görə, Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə haitili müdafiəçinin şəklini paylaşıb.

Bununla Azərbaycan çempionu "Neftçi"dən ayrılan Geryenin komandaya qayıtdığını elan edib. Lakin müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, dünən Gerye özü də "Qarabağ"a döndüyünü sosial şəbəkə vasitəsilə yayıb.

Oxunma sayı 5599