Kürdə batan gəncin meyiti tapıldı

22:49 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə Kür çayında batan gəncin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, Salam Baxşıyevin meyiti batdığı yerdən bir neçə metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb. 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Oxunma sayı 2795