Hindistan XİN Çinlə sərhəd məsələsinə dair məlumat yayıb

11:17 31.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü, Faktiki Nəzarət Xətti (LAC) boyunca Hindistan - Çin sərhəd bölgələri məsələsi ilə bağlı məlumat yayıb.

Hafta.az-ın yazdığına görə, məlumatda deyilir: "İş Mexanizminin 17-ci iclasından sonra verilmiş mətbuat buraxılışında tərəflərin Qərb sektorunda Faktiki Nəzarət Xətti (LAC) boyunca Hindistan - Çin sərhəd bölgələrindəki vəziyyəti araşdırmasına dair məlumat nəzərə çatdırıldı. Hər iki tərəf ikitərəfli razılaşma və protokollara uyğun olaraq, Faktiki Nəzarət Xətti (LAC) boyunca qoşunların qısa zamanda və tam şəkildə geri çəkilməsinin, sərhəd bölgələrində münaqişənin azaldılmasının, həmçinin sülh və əminamanlığın tam bərpasının ikitərəfli əlaqələrin düzgün formada ümumi inkişafı üçün vacib olduğuna dair razılığa gəldilər. Bu, həm də Hindistan Milli Təhlükəsizlik Müşaviri ilə Çin Xarici İşlər naziri Vang Yi arasında, iyulun 5-də həyata keçirilən görüş zamanı əldə edilən razılaşma idi".

Qeyd edilir ki, bu məqsədə doğru müəyyən irəliləyiş əldə edilib, lakin qoşunların geri çəkilmə prosesi hələ də başa çatmayıb. Bu istiqamətdə müəyyən tədbirlərin görülməsi məqsədilə yaxın vaxtlarda tərəflərin baş komandirləri arasında görüş həyata keçiriləcək.

"Sərhəd bölgələrində sülhün və əminamanlığın qorunması ikitərəfli əlaqələrin əsasını təşkil edir. Beləliklə, Xüsusi Nümayəndələr arasında əldə edilən razılığa əsasən, Çin tərəfinin ən qısa vaxtda sərhəd bölgələrində sülhün və əminamanlığın bərpa edilməsi, eləcə də geriçəkilmə və münaqişənin azaldılması üçün Hindistanla birgə səmimiyyətlə fəaliyyət göstərməsi gözlənilir", - məlumatın sonunda deyilir.

Oxunma sayı 3365