Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO-VİDEO

14:32 02.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Təlimlər davam edir.

Oxunma sayı 4715
Siyasət rubrikasından digər xəbərlər