Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib

12:39 04.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası fonunda futbolda yeni qayda pozuntusu əlavə edilib.

Hafta.az-ın məlumatına görə, İngiltərə Futbol Federasiyası yeni mövsümdən etibarən oyun zamanı hakimin və ya rəqib oyunçunun üzərinə qəsdən öskürən futbolçunun qırmızı vərəqə göstərilərək meydandan qovulması barədə qərar qəbul edib.

Bu cəzanın digər ölkələrdə tətbiq olunub-olunmaması hələlik məlum deyil.

Futbolda qaydaların təkmilləşdirilməsi və dəyişdirilməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qəsdən öskürmənin qayda pozuntuları sırasına daxil ola biləcəyini bildirib.

Oxunma sayı 8456