Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb - YENİLƏNİB-VİDEO

23:18 04.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyəti öz növbəsində bildirir ki, partlayış nəticəsində 2,2 mindən artıq insan xəsarət alıb.

***

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Hafta.az xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.

"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.

Oxunma sayı 7018