Alimlər Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edib

14:46 05.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açsa, bu qış ikiqat ağır olan ikinci COVID-19 dalğası ilə qarşılaşacaq.

Hafta.az-ın məlumata görə, “University College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Alimlər məktəblərin necə açılacağını, tam, yaxud yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq, payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.

"Böyük Britaniyada məktəblər sentyabr ayında tam iş rejiminə keçərsə, bu, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - deyə ingilis elm adamlarının araşdırmasında deyilir.

Fransız alimlər də ölkənin koronavirusun ikinci dalğası ilə üzləşməsi ehtimalını yüksək hesab edirlər.

Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

"Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir", - deyə Le Figaro qəzeti şuranın açıqlamasına istinadən yazır.

Mütəxəssislərin fikrincə, Fransada vəziyyət nəzarət altında olsa da, çox kövrəkdir".

Onlar yaxın gələcəkdə epidemiyanın necə inkişaf etməsinin böyük ölçüdə vətəndaşların əlində olduğunu qeyd ediblər. Fransanın Baş naziri Jan Kastex bildirib ki, koronavirus hələ də bütün ölkə ərazisində mövcud olduğundan rahatlanmaq və sayıqlığı itirmək olmaz.

Oxunma sayı 2930