Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - Fərman

21:16 10.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Hafta.az-ın məlumatına görə, Fərmana əsasən, icra sənədlərinə əsasən mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar "Elektron icra” informasiya sistemi tərəfindən təmin olunacaq.

Eyni zamanda, Sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunan məlumatlar da müəyyənləşib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunacaq.

Oxunma sayı 3060
Siyasət rubrikasından digər xəbərlər