"Bakı Kart" aparatlarında yaranan texniki problemlər barədə - AÇIQLAMA

11:54 12.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakıda metronun müvəqqəti fəailiyyətini dayandırması avtobuslara təlabatı artırıb. Avtobuslardan istifadə edənlərin sayı artdıqdan sonra, yerüstü dayanacaqlarda quraşdırılan “Bakı Kart” aparatlarında tez-tez texniki problemlər müşahidə olunmağa başlayıb. Ən çox da səhər saatlarında sərnişinlər karta pul yükləməkdə problem çəkdilərini bildirirlər.

Yaranan problemlə bağlı hafta.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, belə problemlər olanda çalışırıq, tez bir zamanda aradan qaldırılsın:

”Metroların girişində bir neçə aparat quraşdırılıb ki, sərnişinlər onlardan da istifadə edə bilərlər. Belə texniki problem yarananda həm sistem tərəfindən görülür, həm də o ərazilərdə olan əməkdaşlarımız məlumat verirlər”.

Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov və Gənclik metrostansiyasına yaxın ərazilərdə  yerüstü dayanacaqlarda quraşdırılan “Bakı Kart” aparatlarına pul yükləmək mümkün olmayıb. Bu isə avtobuslardan istifadə edən sərnişinlərin narazılığına səbəb olub.

Oxunma sayı 3005