Məhərrəmlikdə pandemiya ərəfəsində insanların bir yerə cəmləşməsi Allahın əmrindən çıxmaqdır - İLAHİYYATÇI

12:55 13.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Avqust ayının 21-də ölkədə Məhərrəmlik ayı başlayır. Məhərrəmlik ayı bu il pandemiyanın davam etdiyi bir müddətdə başlamasına görə, yəqinki məhdudiyyətlər tətbiq olunacaq. Bundan əvvəlki illərdə qanvermə aksiyası təşkil olunurdu, məscidlərə insanlar kütləvi şəkildə gedirdilər. Bəs pandemiyanın hökm sürdüyü bir vaxtda dini ayinlər necə yerinə yetirilməlidir?

Mövzu barədə hafta.az-a danışan ilahiyyatçı Tural İrfan dedi ki, Məhərrəm ayında insanların icra etdiyi hər hansı toplanış və ya ağlaşma məclisləri dini ayin deyil:

“Çünki islam dinində belə ibadət növü yoxdur. Əksinə Quranda və hədislərdə yas, matəm, ağlaşma kimi əməllər yasaqlanıb. Sual oluna bilə, bəs onda Məhərrəm ayında niyə bu əməllər icra olunur? Cavab budur ki, Məhərrəm ayında icra edilən bütün əməllər xurafatdır. Sadəcə bütün əməllər. Quranda insan ölümünə görə (fərqi yoxdur, adi ölüm yaxud faciəvi) matəm elan etmək deyə bir şey yoxdur. Pandemiya vəziyyətində ümumiyyətlə insanların bir yerə toplaşması, ibadət və ya digər işlərdən ötrü cəmləşməsi icazəli deyil. Çünki şəriətdə əvvəlcə tibb elmi, sonra din elmi götürülür. Əgər tibb buna icazə vermirsə, demək din də icazə vermir. Ona görə də ümumiyyətlə deyə bilərik ki, Məhərrəmlikdə və digər zamanlarda pandemiya ərəfəsində insanların bir yerə cəmləşməsi həm Allahın əmrindən çıxmaqdır, həm də yaşadığı ölkənin qanunlarına qarşı gəlməkdir”.

Oxunma sayı 3800