Prokurorluq işçiləri tərəfindən könüllü qanvermə aksiyaları davam etdirilir - VİDEO

16:24 22.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prokurorluq işçiləri tərəfindən qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək verilməsi məqsədilə təşkil edilmiş könüllü qanvermə aksiyaları davam etdirilir.

Baş Prokurorluqdan hafta.az-a bildirilib ki, tədbirlərin davamı kimi, sentyabrın 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Bakı şəhər prokurorluğunda Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaq məqsədilə könüllü qanvermə aksiyası keçirilmişdir.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilərək reallaşdırılan aksiyada könüllü prokurorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

Oxunma sayı 3196