Modelin məhkəməyə verdiyi qayınanası tapılmır

23:41 03.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün türkiyəli model Sinem Sülün İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.

Hafta.az axşam.az-a istinadən bildirir ki, Sülün keçmiş həyat yoldaşı Mustafa Yükselin ailəsini məhkəməyə verməsindən danışıb.

"Haqqımı tələb edirəm. Hazırda keçmiş həyat yoldaşımın atası cəzasını çəkir. Lakin qayınanamı hələ də tapa bilməyiblər. Onun da cəzalandırılmasını istəyirəm" deyə, o, bildirib.

Xatırladaq ki, Sülin qayınatası və qayınanasını onun yataq otağına səsdinləmə cihazı yerləşdirdiklərinə görə məhkəməyə verib.

Oxunma sayı 2842