“İldırım  Əkbəroğlu” kitabı işıq üzü gördü

18:36 04.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Tanınmış şair-publisist Zaur Ustacın layihə rəhbəri və eyni zamanda baş redaktoru olduğu “İldırım Əkbəroğlu” seçmə şeirlərdən ibarət yeni almanax nəşr olunub. Kitab “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında, Azərbaycanın Milli Qəhrəmanı  Rövşən Hüseynovun xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində ərsəyə gəlib. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri  yer almışdır. Yeni toplu haqqında Zaur Ustacın fikri belə oldu:

“İşin gedişində şeirləri oxuduqca belə bir layihə üçün İldırım Əkbəroğlu yaradıcılığına müraciət etməkdə heç də yanılmadığımız bir daha aydın oldu. İldırım müəllimin bütün şeirləri Vətən və onun bir nömrəli problemi olan Qarabağ ağrı-acısından bəhs edir.  Əslində o, özünü, Vətəni, Qarabağı misal  götürərək bütün dünyaya, insanlığa məsaj  verməyə çalışır... Müasir dövrün  problemlərindən söhbət  açır. Ümumilikdə kitabda yer alan bütün şeirlər arzuları yarımçıq qalmış tələbə-döyüşçülərin uğrunda şəhid olduqları amalın ruhuna tam uyğun gəlir.”  Biz də yeni kitabın geniş oxucu kütləsinin rəğbətini qazanacağına inanır, həm müəllifə, həm də yaradıcı heyyətə yeni-yeni uğurlar arzu edirik.