Ölümündən sonra ən çox qazanan məşhurlar

11:54 16.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Populyar "Forbes" jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan ölü məşhurlarının siyahısını açıqlayıb.

Hafta.az axşam.az-a istinadən bildirir ki, onlar arasında ilk yerdə 50 yaşında vəfat edən popun kralı Maykl Cekson qərarlaşıb. Sənətçinin gəliri 48 milyon dollar təşkil edir.

Siyahının ikinci pilləsində amerikalı uşaq kitabları müəllifi Teodor Syuz Qaysel yer alıb. 77 yaşında həyatını itirən yazıçının qazancı 33 milyon dolardır.

Üçüncü yerdə isə amerikalı cizgi film qəhrəmanları yaradıcısı Çarlz Şulz qərarlaşıb. Onun gəliri 32 milyon 500 min dollar təşkil edir. Ölümündən sonra ən çox qazananlar siyahısında Elvis Presli, Kobi Brayant, Prins, Merlin Monro kimi məşhurlar da var.

Oxunma sayı 4274