Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib

10:58 01.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi şagirdlər üçün onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verməyib.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu gün bəzi müəllimlər öz evində müəyyən proqramlardan istifadə edərək şagirdləri üçün onlayn dərslər keçir:

"Amma bununla bağlı tapşırıq verilməyib. Onlayn dərs keçmək müəllimlərin özünün şəxsi təşəbbüsüdür".

Oxunma sayı 130
Sosial rubrikasından digər xəbərlər