“Onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq” - Emin Əmrullayev

11:26 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, teams, zoom platformalarının daha işlək olması üçün aidiyyətlı qurumlarla iş aparır.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edilib və bütün məktəblərdə onlayn dərslərin keçirilməsi barədə qərar verilib:

“Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir neçə həftədə dərslər onlayn olacaq. Onlayn təhsil hazırda daha məqbul hesab edilir.

Son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların ”VPN” kimi müxtəlif proqramlardan istifadə  etdiklərini görürük. Nəzərinizə çatdırım ki, qarşıdakı günlərdə onlayn təhsil zamanı VPN-siz qoşulmaq mümkün olacaq”.

Nazir qeyd edib ki, VPN proqramından istifadə şagirdələrin onlayn təhsilə qoşulmasına mane ola bilər:

“Ona görə də, istər şagirdlərdən, istərsə valideynlrədən bunu nəzərə almağı xahiş edirik”.

 

Oxunma sayı 161
Sosial rubrikasından digər xəbərlər