Pakistan KİV-ləri Xocalı Soyqırımı ilə bağlı infoqramlar yayıblar - FOTOLAR

12:37 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımının 28-ci ildönümünün anılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Bütün Pakistan Qəzetləri Cəmiyyəti”nin (All Pakistan Newspapers Society - APNS) təşəbbüsü ilə ingilis və urdu dillərində hazırlanmış infoqramlar Pakistanın bir çox kütləvi informasiya vasitələri tərəfindən dərc edilib. 

Hafta.az-ın məlumatına görə, infoqramların başlığında Xocalı soyqırımından 28 il keçdiyi və Azərbaycan xalqının hələ də ədalət gözlədiyi qeyd olunur, daha sonra isə 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olaraq, şəhəri yerlə-yeksan etdikləri və əzəli Azərbaycan torpağı olan Dağlıq-Qarabağı işğal etdikləri bildirilir. İnfoqramlarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların sayı, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilir.

İnfoqramlarda o cümlədən, Xocalı Soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etmələri tələbi də vurğulanır.

Qeyd edək ki, Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) Jang, Dawn, Nawa-i-Waqt kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirən təşkilatdır. Sözü gedən infoqramlar APNS-ə üzv olan əksər Pakistan qəzetlərində yayılmışdır

Siyasət rubrikasından digər xəbərlər