“Pandemiya özü ilə yeni koronafobiya xəstəliyi gətirib” – Professor Nevzat Tarhan

12:00 22.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası davam etdikcə bütün dünyada insanlar arasında təşviş və həyəcan da artır. Bir çox insanlar belə bir virusun varlığına şübhəylə yanaşdığı halda, əksəriyyət qorxu içindədir. Sanki pandemiyanın təsirindən insanlar arasında yeni bir psixoloji xəstəlik yaranmaqdadır.

Dünənədək tikəsini bir-biri ilə bölüşən insanlar bu gün aralarında məsafə saxlayır, şəxsi davranışlarda əsəbilik, insanlardan uzaqlaşaraq tənhalığa qapanma və sair kimi hallar daha çox təzahür edir. Üsküdar Universitetinin professoru Nevzat Tarhan bu müstəvidə bir çox məqamlara aydınlıq gətirir:

- Koronavirus pandemiyası tibb elminə özü ilə yeni bir xəstəlik gətirdiyini deyə bilərik. Bu, koronafobiyadır. Hesab edirəm koronafobiya mütləq psixoloji və sosial nəticələrlə özünü göstərəcək. Eyni zamanda, psixologiya elmində mizofobiya deyilən bir xəstəlik var. Bu el dili ilə desək mikrob qorxusudur. Mikrob qorxusu xəstəliyi onsuz da müəyyən formada özünü göstərirdi, amma yaxın gələcəkdə genişlənəcəyini, daha çox insanı əhatə edəcəyini düşünürəm. Çünki fobiyalar sosial həyata güclü təsir edən xəstəliklərdir. Bəzən belə xəstələrə “streslidir, təşviş keçirməyin” deyirik. Belə adamla stres vəziyyətini nəzarətə ala bilmirlər və nəticədə onlarda qorxu, həyəcan kök salır. Koronavirus da nəzarət edilməyən stresə çevrilərsə, şəxsdə hər şeydən qaçma, hər şeydən özünütəcrid davranışları yaranacaq. Bu da həmin adamları cəmiyyətdən kənarlaşdıraraq özünə qapadacaq. Təbii ki, bu xəstəlik adamı öldürmür, amma ömürlük təkləşdirir, ailəsiylə münasibətdə, sosial təmaslarda, adi bir toplantıda, evdən çıxmada problemlərlə üz-üzə qoyur. Hətta bəzən bu cür insanlar evdə hamama belə girə bilmir, evin içində əllərində corab gəzirlər.

- İndi fərqli bölgələrdə, hətta bəzən bütöv ölkələrdə karantin rejimi tətbiq edilir. Bunun vəziyyətin düzəlməsinə təsirini necə qiymətləndirirsiniz?

 - Ümumi ictimai psoxoloji sferada hələlik narahatlıq yoxdur. Bilmək lazımdır ki, nəzarət edilə bilən stresin olması insan üçün çox yaxşı haldır. Bu gün dünyada hökm sürən vəziyyət fırtınaya oxşayır. Fırtınada yol getmək olmur, mütləq bir yerə çəkilib daldalanmaq, hava səngiyəndən sonra getmək lazımdır. Bugünki vəziyyət eynən belədir. Ona görə də 15 günlük müvəqqəti vaxtlarda sosial özünütəcrid qaydaları tətbiq edilir, daha risqli yerlərdə karantin rejimi elan olunur. Bu da öz növbəsində müsbət nəticələr verir. Karantin rejimini lazım görməyənlər sonra peşman olurlar. Məsələn, İtaliya, İran kimi ölkələrdə bu gün vəziyyət nəzarətdən çıxıb. Amma bizim Türkiyə ilk başdan elmi standartlara uyğun davranır. Bu səbəbdən də epidemiya halı nəzarətə alınıb, əlbəttə, risk hələ davam edir. Yenə deyirən, qorxmaq, yüngül şəkildə stresə düşməyin faydası çoxdur, amma həddində.

 - Koronafobiyadan söz açdınız, tutaq ki, virus məsələsi sona çatdı, karantin qaydaları da qaldırıldı, yaşanan bu şəraitlər özlərindən sonra iz buraxacaqlarmı?

 - Çində karantin rejimləri xeyli vaxt əvvəl ləğv edilib. İndi xəbərlər oxuyuram ki, karantindən çixan ailələrin dağılması sürətlənib, yəni boşanmalar artıb. Bu böhran vəziyyətinin təsirindən baş verir. Nəzərdən qaçırmayın ki, belə fövqəladə vəziyyətlərdə nəyisə təxirə salsan, əksinə özünü göstərəcək, özü də hətta daha sürətlə. Belə vəziyyətləri fürsət bilənlər qazanırlar. Hətta insan bu vəziyyətlərdə elə şeylər öyrənir ki, gələcəkdə çoxlu uğurlar qazanır, həyatı müsbət müstəvidə inkişaf edir. Bu gün, məsələn, əl yuma mədəniyyəti dünyanın hər yerində yayılmağa başlayıb. Hansı ki, bir çox ölkələrdə hətta ayaqyolundan çıxandan sonra çox adaamın əllərini yumaması barədə məlumatlar vardı mediada. Amma son bir neçə aydır ki, koronavirusdan qorunmaq üçün insanlar tez-tez əllərini yumağa başlayıblar. Bu gün insanlar təmasın risqlərini öyrənməyə başlayıblar. Karantin və özünütəcrid aile bağlarının qüvvətlənməsi üçün vacib fürsətdir. Buna böhranı fürsətə çevirmə deyirlər. Ortada böhran var və hər kəs mövcud yaşamını dəyişməyə çalışır. İnsanlar qələbəlik yerlərə getməməyə çalışırlar, biri digəri ilə salamlaşarkən məsafə saxlayır və sair. Ən vacibi, insanlar ailəsi ilə vaxt keçirmək üçün fürsət tapıblar və bundan maksimum yararlanırlar. Bu vəziyyətdə ailədaxili əlaqələrin keyfiyyəti artır. Amma uzun vaxt ailə bir yerdə olsa da, yetərincə birgə vaxt keçirməmə yaxşı hal olmaz. Elmi dillə belə vəziyyətlərə “məsafəsiz tərketmə” deyilir. Bu hal ailədə etimadın zəifləməsinə və sonda hətta dağılmasına səbəb ola bilər.

- Pandemiya şəraitində kütlə düşünür ki, çıxış yolunu yalnız hökumət tapmalıdır. Sizcə fərd olaraq insanların bu durumda kənarda qalmaları doğrudurmu?

 - Əsas odur ki, yaşanan hər bir hadisəni müsbət yöndən dəyərləndirəsiniz. Ortada bir böhran var, insanlar “niyə oldu” deməkdənsə, “bunu necə idarə edim” deməlidir. İnsan bu vəziyyətdə ətraflarına necə fayda verə biləcəklərini düşünməlidir. Ümumilikdə, mərkəzçi düşüncəli adamlar belə vəziyyətlərdən qaçırlar. Pis dünya sindromu deyilən bir şey var. Buna bağlı olaraq insan fövqəladə vəziyyətlərdə üç cür davranış nümayiş etdirir. Birinci təcrid davranışı. Bayaq dediyim kimi, əsasən mərkəzçi mövqeli insanlar bu cür davranır. Onlar uzaq guşələrə çəkilərək insanlarla öz aralarında məsafə saxlayırlar. Bəzi adamlar depressiyaya düşürlər. Onlarda ümitsizlik, qarmaqarışıq fikirlər yaranır. Başqa bir qrup adam isə aqressivləşir. Bu üç vəziyyət tam gözləniləndir. Əlbəttə, müsbət davrana bilənlər daha çoxdur. Məhz bu cür insanların belə vəziyyətlərdə ətraflarındakı insanlara liderlik edərək böhrandan çıxmalarına dəstək verməsi lazımdır.

Oxunma sayı 700