Paşinyanın hakimiyyətinin sonunun gəlməsi gedişatdan asılıdır - Politoloq

13:28 07.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanda problemlərin ardı-arası kəsilmədiyi üçün istefaların baş verməsi normaldır və bu istefalar fonunda yeni problemlər də baş qaldırmağa davam edəcək".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Millət vəkili bildirib ki, Nikol Paşinyan elə başa düşürdü ki, böyük kütləni idarə etdiyi kimi, dövləti də idarə edə bilər. Lakin artıq nə dövlət o dövlət deyil, nə də hakimiyyət o hakimiyyət deyil: "Çünki Köçəryanın da, Sarkisyanın da tərəfdarları və onların arxasında duran qüvvələr nəyin bahasına olursa, olsun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Düşünürəm ki, Paşinyanın hakimiyyətinin sonunun gəlməsi gedişatdan asılıdır. Bu gün istər Rusiyanı, istər Avropanı günahlandırmaqla kiməsə öz loyallığını göstərməyə çalışır. Lakin hələ konkret olaraq heç bir qüvvə Paşinyanı dəstəkləmir. Bu da təbii ki, ağır nəticələrlə onun hakimiyyətinin sonunu gətirə bilər".
Arzu Nağıyevin sözlərinə görə, son zamanlar Paşinyanın siyasətində qeyri-adekvat addımların artıq bəhrəsi görülür:

"Əsas məsələ Qarabağ kartından istifadə idi. Paşinyan Qarabağ kartından istifadə edərək orada özünə uyğun olan adamı yerləşdirdikdən sonra o, elə başa düşdü ki, artıq Qarabağ məsələsini həll etdi. Lakin işlər planladığı kimi alınmadı. Baxmayaraq ki, danışıqlardan yayınmaq, stats-kvonu saxlamaq, eyni zamanda Qarabağ qondarma hakimiyyətini üçüncü bir tərəf kimi danışıqlarda iştirakını təmin etmək üçün bir sıra qeyri-adekvat addımlar atdı. Lakin yenə də alınmadı".

Oxunma sayı 1780
Siyasət rubrikasından digər xəbərlər