Paytaxtın bu yollarında xətlənmə işləri aparılacaq

16:00 15.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may tarixləri arasında Zağulba prospekti, Mərdəkan şossesi və Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən hafta.az-a məlumat verilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Oxunma sayı 239
İqtisadiyyat rubrikasından digər xəbərlər