Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA

18:00 23.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. 

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində. 

Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində.

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində. 

Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək. 

Afiyəddin Cəlilov küçəsi - sıxlıq

Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.

Oxunma sayı 203
Sosial rubrikasından digər xəbərlər