Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi

10:37 06.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhid general-mayor Polad Həşimovun Qəbələdə ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlış şəkildə işıqlandırılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.

O, Polad Həşimovun adının verildiyi küçənin əvvəlki adının Həzi Aslanov olmadığını bildirib:

"Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib".

Oxunma sayı 3080