Polis paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

13:50 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda polis əməkdaşları tibbi maskadan istifadə ilə bağlı reydlərə başlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda​ reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadəni tələb edirlər.

Tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati cəza tədbirləri görülür.

Oxunma sayı 1328