Polisi öldürüb, ətindən yemək bişirən ata-oğula hökm oxundu - 15 il 

13:42 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşının başını kəsən ata-oğulun növbəti məhkəməsi keçirilib.

Hafta.az The Sun-a istinadla bildirir ki, Ukraynada polis əməkdaşını öldürdükdən sonra ətini bişirib yeyən ata-oğula hökm oxunub.

Məhkəmədə Maksim və Yaroslav Kostyukovun 15 il müddətinə azadlıqdan məhrum edilmələri ilə bağlı qərar qəbul edilib.

Ata ilə oğulun hökm oxunarkən gülümsəməsi mətbuat nümayəndələrinin diqqətindən yayınmayıb.

Qeyd edək ki, hadisə Xarkov şəhərində baş verib. Ata ilə oğul evlərinə qonaq gələn polisi öldürüb, başını kəsib, sonra da ətindən sup bişirərək yeyib, bədəninin qalan hissələrini isə soyuducuya qoyublar.

Mənzildən polisin hissələrə ayrılmış cəsədi tapıldıqdan sonra ata ilə oğul saxlanılıb.Yaroslav ifadəsində bildirib ki, o, polisi arxadan tutub, atası isə onun boğazını kəsib.

Oxunma sayı 59