Putin onun haqqında hazırlanan filmdə olan iddialara münasibət bildirib

16:53 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl onun haqqında yayımlanmış filmə baxmadığını bildirib.

Bunu Rusiya prezidenti "Tələbə Günü" münasibətilə tələbələrlə görüşü zamanı deyib. O bildirib ki, müxalif Aleksey Navalnını təqdim etdiyi filmdə qeyd olunan faktlar həqiqəti əks etdirmir:

"Həmin filmə baxmamışam, sadəcə köməkçilərimin təqdim etdiyi videoçarxları görmüşəm. Orada göstərilən heç bir şey nə mənim, nə də yaxın qohumlarımın əmlakı deyil və olmayıb".

V.Putin heç vaxt bizneslə məşğul olmadığınıı da vurğulayıb:

"Biznes mənə heç vaxt maraqlı olmayıb. Amma Donald Tramp, Pyotr Poroşenko kimi bu sahədə məşğul olan həmkarlarım olub".

Oxunma sayı 347