Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16:28 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla bağlı heç bir çətinliyimiz yoxdur.

Oxunma sayı 334
Sosial rubrikasından digər xəbərlər