“Qarabağ” klubu “Sabah”a minimal fərqlə məğlub olub

11:36 26.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələdə təlim-məşq toplanışı keçirən Ağdamın "Qarabağ" futbol klubu iyulun 25-də növbəti yoxlama matçına çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi "Sabah"la üz-üzə gəlib. Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, yeni baş məşqçi Visente Qomes "Sabah" komandasındakı birinci oyununa qələbə ilə başlayıb.

Qeyd edək ki, bundan əvvəl "Keşlə" ilə yoxlama görüşünü keçirən "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib.

Oxunma sayı 2128