“Qarabağ”-“Mölde” cütünün qalibinin rəqibi müəyyənləşib

22:43 01.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 1-də UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” klubu Norveçin “Mölde” komandası ilə qarşılaşacaq. Ağdamlılar bu oyunda qalib gələcəyi təqdirdə “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi qarşılaşacaqlar.

Pley-off mərhələsinin ilk matçları sentyabrın 22-də və 23-də adları birinci göstərilən komandaların meydanında, cavab qarşılaşmaları isə sentyabrın 29-da və 30-da oynanılacaq.

Oxunma sayı 4047