“Qarabağ” “Neftçi”yə, “Zirə” “Sabah”a uduzdu

22:10 20.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
 
Hafta.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
Öncə Zirədə bu qəsəbənin eyniadlı komandası “Sabah”ı qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
 
Tura “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulub. Üç qolun qeydə alındığı bu görüşün də sonunda qonaqlar qələbəni bayram ediblər. 
 
Azərbaycan Premyer Liqası - 3-cü tur
 
Zirə – Sabah 0:2
Qollar: X.S.Rodriqes, 51. K.Kubemba, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı.
“Zirə İdman Kompleksinin stadionu”.
 
Qarabağ – Neftçi 1:2
Qollar: K.Ovusu, 10 - V.Stankoviç, 12. N.Ələsgərov, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
“Azersun Arena”.
Oxunma sayı 4741