“Qarabağ” qələbə qazanıb

22:00 22.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

Hafta.az xəbər verir ki, turun ikinci oyun günündə son çempion “Qarabağ” öz meydanında “Sabah” komandasını qəbul edib.

“Azərsun Arena” stadionunda baş tutan görüşdə “Qarabağ” 2:0 qələbəsi ilə qalib gəlib.

Oyunda hər iki qolun müəllifi Mahir Əmrəli (45, 68) olub.

Birinci tura sabah "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Oxunma sayı 3460