“Qarabağ” xal itirdi

21:52 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Hafta.a  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la “Keşlə”  üz-üzə gəlib. Məhsuldar keçən görüşdə 4 qol vurulub.

Matçın gedişində iki dəfə hesabda önə keçən Qurban Qurbanovun yetirmələri üstünlüyünü qoruya bilməyiblər – 2:2. Bununla da bakılılar liderlə 8 xallıq fərqi azaltmaq imkanından yararlanmayıblar.

Qeyd edək ki, turun digər matçları dekabrın 8-də keçiriləcək. “Sabah” “Neftçi”ni, “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qonaq edəcək.

Oxunma sayı 33