Qaradağ rayonunda karantin rejimi ilə bağlı növbəti reyd keçirilib

18:17 08.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda fəaliyyət göstərən, Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupun üzvləri koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyətini öyrənmək üçün növbəti dəfə rayonun müxtəlif ərazilərində olublar.

Hafta.az yazır ki, mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib, karantin rejimi qaydalarına əməl olunması vəziyyətinə baxış keçiriblər. Sakinlərlə söhbət zamanı prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırılıb. Hər bir vətəndaşla söhbətdə müəyyənləşdirilmiş tələblərə ciddi şəkildə əməl etmələri, tibbi-qoruyucu vasitələrdən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasını, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsini, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyi qeyd edilib. 

Qeyd edək ki, reyd təxminən 52 iaşə və ticarət obyektini əhatə edib. Karantin qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadəyə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verilib. Rayonun Sahil qəsəbəsində polislərlə birgə keçirilən reyd zamanı E.Quliyev küçəsində yerləşən Rifah Supermarketdə aşkarlanan 3 maskasız şəxs və market sahibi polis tərəfindən müvafiq qanunvericiliyə əsasən cərimələnib.

Oxunma sayı 3500
Sosial rubrikasından digər xəbərlər