Qaxda mağazalardan oğurluq edən qadın saxlanılıb

14:16 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən üç mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törədən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu müəyyənləşib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 186