Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

12:42 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 93