Qazaxda 3 avtomobil toqquşub - xəsarət alanlar var

23:56 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunda “Mercedes” markalı mikroavtobus, “Toyota” və “VAZ” markalı minik avtomobilləri toqquşub.

Hafta.az Nazirliyə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.