Qazaxda yol qəzası oldu: xəsarət alanlar var

23:20 02.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hafta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xanlıqlar kəndində qeydə alınıb.
Qəza zamanı 2 nəfər - Şahmar Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar. Ş.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Oxunma sayı 57