Qazaxıstanda bir gündə 438 nəfər koronavirusa yoluxub

12:38 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda son bir sutkada 438 nəfər koronavirusa yoluxub. Bu barədə mayın 26-da Koronavirus ilə Mübarizə üzrə Əməliyyat Qərargahı məlumat verib.

Hafta.az xəbər verir ki, ölkədə koronavirusa yoluxma artımı 5,1 faiz təşkil edib.

Ümumilikdə, pandemiya dövründə Qazaxıstanda 8969 nəfərdə koronavirus aşkarlanıb, 4515 nəfər sağalıb, 35 xəstə dünyasını dəyişib.

Oxunma sayı 1269