Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib

10:08 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi ehtiramla yad edilib.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin və terror qurbanlarının ruhuna dualar oxunub. Birliyin sədri Əzizağa Əliyev, Bişkek şəhərindəki Azərbaycan məscidinin müftisi Mərifət Şirinov və Qazaxıstanın Çu şəhərindəki Azərbaycan məscidinin müftisi Saleh Qasımov çıxış edərək Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, ermənilərin törətdikləri qanlı cinayətləri, terror aktlarını şiddətlə qınayıblar.

Oxunma sayı 363
Siyasət rubrikasından digər xəbərlər