Qlobal ərzaq qiymətləri 17 aylıq minimuma enib

17:36 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin may ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ortalama 162,5 bəndə bərabər olub ki, bu da aprel ayı ilə müqayisədə 1,9% azdır.

"APA-Economics"in FAO-ya istinadən verdiyi məlumata görə, may ayında sözügedən indeks ardıcıl dördüncü aydır ki, enir və bu, 2018-ci ilin dekabr ayından bəri qeydə alınmış ən aşağı göstəricidir. Qiymət azalmasına əsas səbəb kimi güclü təklifə qarşı COVID-19 pandemiyası nəticəsində tələbin zəifləməsi göstərilir.

Əsas göstəricilərdən biri olan taxıl qiymətləri indeksi mayda 1% azalaraq 162,2 bəndə enib. FAO-nun süd məhsulları qiymətləri indeksi hesabat dövründə 7,3% azalıb, illik müqayisədə isə 19,6% enərək 181,8 bənd təşkil edib. Süd məhsullarının qiymətləri yalnız orta dərəcədə azalıb, çünki Çində aşağı qiymətlər və yenilənmiş iqtisadi fəaliyyət güclü alış marağını artırıb.

Şəkər qiymətləri indeksi 155,6 bəndə bərabər olub, bu da keçən ay ilə müqayisədə 7,4% artım deməkdir. Beynəlxalq şəkər qiymətlərinin artması dünyanın ikinci böyük şəkər istehsalçısı olan Hindistanda məhsuldarlığın gözləniləndən daha az olması ilə bağlıdır.

Ət qiymətləri indeksi də beş ay ardıcıl azalaraq mayda 168 bəndə bərabər olub. Bildirək ki, bu da aprel ayı ilə müqayisədə 1,3% azdır.

Oxunma sayı 2070