QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

14:00 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun bərpası Səudiyyə Ərəbistanının qərarından asılıdır. Əgər Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin keçiriləcəyi ilə bağlı qərar versə, Azərbaycanda da sənəd qəbulu davam etdiriləcək, əks halda qəbul dayandırılacaq.

Hafta.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən bildirir ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş gəlməyib.

Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Koronavirus pandemiyasına görə, Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Builki qiymət artımı otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Oxunma sayı 2800
Sosial rubrikasından digər xəbərlər