Qusarda  həkim rüşvət alarkən görüntüləndi – Günün təzadları

18:10 19.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayıldı.  Hafta.az-ın yazdığına görə, Oxu.az xəbər verir ki, laboratoriya şöbəsinin həkimi analiz cavablarını alan vətəndaşlardan pul alıb. Oxu.az-ın redaksiyasına göndərilən videonun dünən səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında çəkildiyi bildirilir. Videodan həkimin açıq-aşkar pul aldığı görünür.

 

Sosial şəbəkədə  “qız”la tanışlıq sayəsində döyüldü və maşınından oldu

Mahaçqala sakini sosial şəbəkələrdən birində tanış olduğu “qız"la görüşdükdən sonra avtomobilindən məhrum oldu.

Hafta.az yerli mediaya istinadla xəbər  verir ki, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlanan məlumatda belə deyilir.  

32 yaşlı paytaxt sakini polisə müraciət edərək bildirib ki, yaşadığı evin yaxınlığında naməlum gənclər zorakılıq tətbiq edərək maşınını ələ keçiriblər. Quldurlar isti izlərlə yaxalanaraq polis şöbəsinə gətirildikdən sonra cinayətin təfərrüatları aşkarlanıb. Məlum olub ki, öncədən tanış olan soyğunçuluqda şübhəli bilinənlər - Mahaçqala şəhərinin dörd kişi sakini və 17 yaşlı bir qız  əlbir olaraq sosial şəbəkədə uydurma  bir qız adı altında profil yaradıblar.  Və növbəti “ov”a çıxıblar.  Bəhs edilən 32 yaşlı gənc isə sosial şəbəkədə yaraşıqlı, açıq-saçıq qız şəklini  görən kimi nəfsinə uyaraq virtual bir "məşuqə" ilə fəal ünsiyyət qurmağa başlayıb. Bir müddət sonra şübhəlilər  17 yaşlı rəfiqələrini hazırlayıb və qurbanla görüş təyin etdiriblər. Nəticədə qız həmin dörd tanışının müşayiəti ilə “ilk görüş”ə gəlib və quldurlar zavallı “aşiq”i  döyərək avtomobilini əlindən alıblar. Daha sonra soyğunçular “qənimət”i 40 min rubl müqabilində lombarda qoyublar.

Hazırda  saxlanılan şəxslər barəsində  “soyğunçuluq” maddəsi ilə cinayət işinin başlanılması məsələsi həll edilir.

 

Sabirabadda bələdiyyə sədrliyinə namizəd narkotikə görə saxlanıldı

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlandı. Hafta.az xəbər verir ki, "Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur. F.Ağayev həm dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə  sədrliyinə namizəddir.

 

“Makdonals”da iki nəfər öldü

Bir çox ölkələrdə şöbələri olan “McDonalds”ın Peru şəhərindəki restoranında iki nəfər dünyasını dəyişdi.  Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, hadisədən sonra ölkədə restoranın bütün şöbələri qapadılıb. Belə ki, paytaxt Limadakı “McDonalds” restoranında işləyən 19 yaşlı Aleksandra Porras və 18 yaşlı Qabriel Kapos Zapata işdən sonra mətbəxi təmizləməyə başlayıb.  Bildirilir ki, hər iki işçini gecə saatlarında elektrik cərəyanı vurub. Hadisə ilə bağlı araşdırma aparılır. Əgər işçiləri restorandakı nasaz naqillərdən cərəyanın vurduğu sübut edilərsə, restoran külli miqdarda cərimə ediləcək.

 

Ronaldo 2,56 m hündürlükdən qol vurdu

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo A seriyasının 17-ci turunda "Sampdoriya" matçın (2:1) 45-ci dəqiqəsində vurduğu qolla diqqət çəkdi. Hafta.az yazır ki, Qol.az xəbərə görə, portuqaliyalı hücumçu qol zamanı 71 sm tullanıb və başla zərbə endirdiyi anda 2,56 m yüksəklikdə olub. Bununla da o, Turin klubu ilə ardıcıl 5-ci matçda fərqlənib.

Oxunma sayı