Rayonlarda yağış yağıb, Balakəndə isə dolu düşüb

22:46 25.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 22:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şamaxı, Mingəçevir, Kürdəmir,  Kişçay(Şəki), Balakəndə şimşək çaxıb, yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindəm hafta.az-a verilən məlumata görə, Balakəndə saat 18.50-18.53 radələrində diametri 12 mm olan dolu düşüb.

Oxunma sayı 1210