Rəşad Sadıqov futboldan getdi

11:49 21.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Millimizin sabiq müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

Hafta.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. 

O, koronavirus pandemiyası ilə əlaqədar ləğv edilən mövsümün Rəşad Sadıqov üçün sonuncu olduğuu bildirib.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.

Oxunma sayı 2923